Prezident Lənkəran şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib - FOTO

Prezident Lənkəran şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib - <span style="color: red;">FOTO
# 05 sentyabr 2013 19:32 (UTC +04:00)

APA-nın verdiyi xəbərə görə, dövlət başcısı “Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin baş planını əks etdirən stendlərlə tanış olub. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov prezident İlham Əliyevə məlumatlandıraraq bildirib ki, Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemləri ötən əsrin 60-70-ci illərində yaradılmışdır. Lənkəran şəhərinin və ona bitişik kəndlərin 68 min əhalisinin cəmi 15 faizi mərkəzləşmiş qaydada içməli su ilə təmin olunurdu. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada quyu suları ilə ödəyirdi. İndiyədək istismarda olan magistral və şəhərdaxili paylayıcı su xətləri isə yararsız vəziyyətə düşmüşdü. Şəhərdə cəmi 28 kilometr kanalizasiya xətti mövcud idi. Qalan ərazilərin tullantı suları açıq kanallarla təmizlənmədən dənizə axıdılırdı.

Bu problemlərin həlli məqsədilə dövlət başçısının göstərişinə əsasən hazırlanmış “Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Lənkəran şəhəri, Şilavar, Digah, Velədi, Sütəmurdov və Göyşaban kəndlərinin 82 min sakininin içməli su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılmasına hesablanıb. Gələcəkdə magistral kəmər boyunca yerləşən Gərmətük, Şürük, Bala Şürük, Küvənil, Tütəpeştə, Lüvəsər və Səpnəkəran kəndlərinə də bu mənbədən içməli su verilməsi nəzərdə tutulur. Bütövlükdə layihədən 100 min nəfər faydalanacaq. Şəhərə saniyədə 348 litr su veriləcək ki, bu da sakinlərin tələbatını tam ödəyəcək.

Layihəyə əsasən Lənkəran şəhəri və ətraf kəndlər üçün içməli su mənbəyi kimi Xanbulançay anbarı seçilib. Burada məhsuldarlığı sutkada 30 min kubmetr olan qum süzgəcli suqəbuledici qurğu inşa olunub. Lənkəran şəhərini fasiləsiz rejimdə içməli su ilə təmin etmək üçün tutumu 10 min kubmetr olan anbar tikilib və buradan şəhərə 11,6 kilometr uzunluğunda magistral xətt çəkilib.

Prezidentə bildirildi ki, Lənkəran şəhərində tikintisi nəzərdə tutulan 233 kilometr paylayıcı su şəbəkəsinin 160 kilometrlik hissəsində işlər yekunlaşıb, 15 min abonentin 10 mini yeni şəbəkəyə birləşdirilmiş və onların 3 mini smart-kart tipli sayğacla təmin olunub. Layihə üzrə inşası planlaşdırılan 197 kilometr uzunluğunda kanalizasiya xətlərinin 20 kilometrlik hissəsi çəkilib və 9,4 kilometr uzunluğunda mikrotunel tipli kanalizasiya kollektorunun inşası davam etdirilir. Şəhərdə toplanan tullantı suları gələcəkdə inşa ediləcək və məhsuldarlığı sutkada 40 min kubmetr olacaq təmizləyici qurğuya ötürüləcək.

Qeyd olunub ki, icrasına 2011-ci ilin oktyabrında başlanan və dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilən layihə 2014-cü ildə başa çatdırılacaq. Gələcəkdə Astara şəhərinin və həmin rayonun 27 kəndinin 90 mindən artıq sakininə də içməli suyun Xanbulançay mənbəyindən verilməsi nəzərdə tutulur.

Layihə ilə tanışlıqdan sonra prezident İlham Əliyev Lənkəran şəhərinə içməli suyun verilməsini bildirən düyməni basıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR