Bakıda qolundakı qandalı qıraraq qaçan təqsirləndirilən şəxs tutulub - YENİLƏNİB

Bakıda qolundakı qandalı qıraraq qaçan təqsirləndirilən şəxs tutulub - <span style="color: red;">YENİLƏNİB
# 26 dekabr 2013 09:52 (UTC +04:00)

Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, 1994-cü il təvəllüdlü İbrahim Məmmədli bir saat əvvəl Nərimanov rayonu Dərnəgül qəsəbəsində saxlanılıb.

Qeyd edək ki, oğurluq törətməkdə təqsirli bilinərək tutulan, İ. Məmmədli barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimatın verilməsi ilə bağlı Rayon Prokurorluğuna aparılarkən qolundakı qandalı qıraraq qaçmışdı.

***

11:59

Bakı. Fuad Cəfərov - APA. Bakıda təqsirləndirilən şəxs polis idarəsindən qaçıb.

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qaçan şəxs oğurluq törətməkdə təqsirli bilinərək tutulan, 1994-cü il təvəllüdlü İbrahim Nadir oğlu Məmmədlidir. O, barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimatın verilməsi ilə bağlı Rayon Prokurorluğuna aparılarkən qolundakı qandalı qıraraq qaçıb.

Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR