Azərbaycan Mərkəzi Seçki Komissiyası Səudiyyə Ərəbistanında seçki məntəqəsi yaradıb - VİDEO

Azərbaycan Mərkəzi Seçki Komissiyası Səudiyyə Ərəbistanında seçki məntəqəsi yaradıb - <span style="color: red;">VİDEO
# 08 oktyabr 2013 14:15 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. “Məkkədə olan zəvvarlarımızın səsvermədə iştirakının təmin olunması üçün Mərkəzi Seçki Komissiyasının əməkdaşları Səudiyyə Ərəbistanına ezam olunub”. APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov keçirdiyi brifinqdə deyib.

O deyib ki, Azərbaycandan ümumilikdə 3700 nəfər Həcc ziyarətinə yollanıb. Onlardan 2400 vətəndaşımız seçkilərdə səs vermək üçün qeydiyyatdan çıxma vəsiqəsi alıb: “Artıq Məkkədə 1 seçki məntəqəsi yaradılıb. Mərkəzi Seçki Komissiyasının 2 nümayəndəsi Səudiyyə Ərəbistanına gedib. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə də Məkkədə səs verəcək. Hesab edirik ki, səfir daxil olmaqla digər Azərbaycan nümayəndələri də ziyarətdə olan vətəndaşlarımızın seçkilərdə səs verməsi üçün bütün şəraitin yaradılmasını təmin edəcəklər”.

M.Pənahov Səudiyyə Ərəbistanı hökumətinə Azərbaycandan olan zəvvarların seçkidə iştirak etməsinə şərait yaratdığına görə minnətdarlığını bildirib. O, Səudiyyə Ərəbistanı tarixində indiyədək bu faktın qeydə alınmadığını da qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR