Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu 37 dərəcəyə yüksələcək - VİDEO

Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu 37 dərəcəyə yüksələcək - <span style="color: red;">VİDEO
# 02 iyul 2014 09:49 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24, gündüz 29-34 dərəcəyədək isti olacaq.

Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh çimərliklərində 22-23, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovna çimərliklərində 23-24, Türkan, Hövsan, Şıx, Sahil Abşeron çimərliklərində isə 24-25 dərəcə isti təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimal olunur. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR