Belarus Müdafiə Nazirliyinin idarə rəisi ANAMA-nın Baş Qərargahında olub

Belarus Müdafiə Nazirliyinin idarə rəisi ANAMA-nın Baş Qərargahında olub
# 26 aprel 2014 12:50 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Belarus Müdafiə Nazirliyinin raket və artilleriya sursatları İdarəsinin rəisi, SALW Layihəsinin Milli Koordinatoru Vladimir Baranovun başçılığı altında işçi qrupu Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Baş Qərargahında olub. Bu barədə APA-ya ANAMA-dan məlumat verilib.

Görüş zamanı ANAMA-nın direktoru Nazim İsmayılov Agentliyin yaranmasından, keçdiyi inkişaf dövründən, humanitar minatəmizləmə əməliyyatları ilə bərabər bu günə qədər xarici mütəxəssislər üçün təşkil olunmuş təlimlər, Mina Təhlükəsinə dair Maarifləndirmə proqramından, minadan zərər çəkənlər üçün yardım layihələr barədə məlumat verib. Görüş əsnasında həmçinin Agentliyin fəaliyyətini əks etdirən prezentasiyalar verilib və ANAMA haqqında film nümayiş edilib.

Daha sonra Belarus nümayəndə heyəti Agentliyin müxtəlif şöbələrinin fəaliyyəti ilə yaxından tanış olublar.

Görüşün məqsədi ANAMA-nın fəaliyyəti ilə yaxından tanış olmaqla yanaşı, hökumət ilə büdcə yükünün paylaşdırılma mexanizmi, dövlət strukturları eləcə də beynəlxalq və yerli təşkilatlarla münasibətin qurulması prinsipləri sahəsində Agentliyin təcrübəsini öyrənmək olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR