İraqın baş naziri Səudiyyə Ərəbistanını terrorçulara yardım etməkdə günahlandırıb

İraqın baş naziri Səudiyyə Ərəbistanını terrorçulara yardım etməkdə günahlandırıb
# 28 yanvar 2014 13:40 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. İraqın baş naziri Nuri əl-Maliki Səudiyyə Ərəbistanını terrorçulara yardım etməkdə günahlandırıb.

APA-nın “Press TV” telekanalına istinadən verdiyi məlumata görə, baş nazir bildirib ki, bu ölkə İraqda yaranmış vəziyyətə görə məsuliyyət daşıyır: “Bütün dünya - BMT Təhlükəsizlik Şurası, Avropa Birliyi və ərəb ölkələrinin əksəriyyəti bizi dəstəkləyir”.

N. əl-Maliki həmçinin Səudiyyə Ərəbistanı, Qətər və Türkiyəni Suriyada döyüşən terrorçuları maliyyələşdirməkdə ittiham edib.

Qeyd edək ki, İraqın Anbar vilayətində hökumət qüvvələri ilə terrorçu qruplaşmalar arasında gedən intensiv döyüşlər nəticəsində 140 mindən çox insan qaçqın düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR