Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə və paytaxt sakinlərinə müraciət edib

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə və paytaxt sakinlərinə müraciət edib
# 31 yanvar 2014 13:39 (UTC +04:00)

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov APA-ya bildirib ki, sinoptiklərin verdiyi məlumata görə, bu gün axşam saatlarında paytaxtın yolları buz bağlayacaq.

Bunu nəzərə alaraq, sürücülərdən axşam saatlarında şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələri tövsiyə olunur: “Yolların buzlaşmasını nəzərə alaraq, işdən evlərinə gedən, yaxud ictimai nəqliyyat vasitələrindən istifadə edən sakinlərdən mənzil başına vaxtında getmələri xahiş olunur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR