TQDK rezidenturanın boş qalan yerlərinə keçirilən müsabiqənin nəticələrini açıqlayıb

TQDK rezidenturanın boş qalan yerlərinə keçirilən müsabiqənin nəticələrini açıqlayıb
# 25 sentyabr 2013 15:45 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üçün baza ali tibb təhsili əsasında rezidenturanın boş qalan yerlərinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələrini açıqlayıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, nəticələr komissiyanın internet saytında yerləşdirilib. Rezidenturaya qəbul olmuş şəxslər tələb olunan sənədləri sentyabrın 26-da Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Naxçıvan Dövlət Universitetinin (NDU) rezidenturasına qəbul olanlar isə həmin müddətdə NDU-nun tibb fakültəsində qeydiyyatdan keçməlidirlər. Rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və onların qəbul haqqında əmri müvafiq nazirliklərə göndərilməyəcək.

Qeyd edək ki, TQDK-nın yaydığı məlumatda bildirilib ki, komissiya tərəfindən 2013/2014-cü tədris ili üçün rezidentura səviyyəsinə keçirilən müsabiqə nəticəsində 528 plan yerinə 504 nəfər namizəd qəbul olub. Qəbul olanlardan 496 namizəd qeydiyyatdan keçib və nəticədə 31 plan yeri boş qalıb. Digər ixtisaslar üzrə plan yerləri tam dolub. Boş qalan plan yerlərindən 10-u Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinə aid olan ixtisaslardır. Bu ixtisaslar üzrə müsabiqədə iştirak etmək hüququ olan heç bir namizəd olmadığı üçün həmin ixtisaslar müsabiqəyə təqdim olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR