Litva Seyminin sədri Gürcüstan siyasətçilərini kompromisə çağırıb - FOTO

Litva Seyminin sədri Gürcüstan siyasətçilərini kompromisə çağırıb - <span style="color: red;">FOTO
# 08 oktyabr 2013 01:50 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. “Litvalılar gürcülərə görə çox narahat olur, onlar Gürcüstanı Avropa olaraq görmək istəyir.” APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu oktyabrın 7-də Tiflisdə keçirilən beynəlxalq parlament konfransının yekununda Litva Seyminin sədri Loretta Qraujinene deyib.

“Hesab edirəm ki, siyasətçilərin bir-biri ilə razılığa gəlməməsi böyük problemdir. Əks halda irəli getmək mümkün olmayacaq. Siyasət-kompromisdir. Siyasətçi ona görə adlanırıq ki, bu kompromisi tapaq. Litvalılar gürcülərə görə çox narahatdır. Siyasətçilər kompromis tapmağa borcludur. Onlar öz ambisiyalarını kənara qoymalıdır ki, gələcək nəsillərə Avropa ölkəsini saxlasınlar”, - deyə o vurğulayıb.

Konfransın yekununda Litva Seyminin sədri Loretta Qraujinene Gürcüstan parlamentinin sədri David Usupaşviliyə rəmzi qalstuk bağışlayıb ki, Gürcüstan mütləq Avropa Birliyinin üzvü olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR