Yolçu Xanvəli: “Sahibsiz itləri öldürməklə onların sayını azaltmaq mümkün deyil”

Yolçu Xanvəli: “Sahibsiz itləri öldürməklə onların sayını azaltmaq mümkün deyil”
# 27 mart 2014 11:20 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. “Dövlət Baytarlıq Xidməti sahibsiz itlərin vaksinasiyasını həyata keçirmir”. Bunu APA-ya açıqlamasında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib. O bildirib ki, sahibsiz itlər o halda vaksinasiya oluna bilər ki, onlar üçün xüsusi sığınacaq təşkil edilsin və həmin heyvanlar oraya yerləşdirilsin: “Bu halda şübhəsiz ki, həmin yerlərdə də heyvanların vaksinasiyası aparıla bilər”.

Y. Xanvəli onu da əlavə edib ki, Sahibsiz Heyvanlara qarşı Mübarizə İdarəsi və ya hər hansı özəl qurum tərəfindən yer təşkil edilsə, oraya baytar həkim təhkim olunar: “İtləri öldürməklə onların saylarını azaltmaq mümkün deyil. Bunun qarşısını almaq üçün həmin heyvanların sonsuzlaşdırılması aparılmalıdır. Sahibsiz heyvanların artımının qarşısını ancaq bu yolla almaq olar”.

DBX rəsmisi qeyd edib ki, qeydiyyatda olan və sahibli itlərin hamısında vaxtaşırı vaksinasiya aparılır: “Ötən il 240 mindən artıq heyvanda vaksinasiya aparılıb. Bu ilin 2 ayı ərzində isə quduzluğa qarşı 179 583 baş heyvanda vaksinasiya yerinə yetirilib. Mart ayının statistikası hələ hazır deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR