Azərbaycan Milli Məclisində kimsəsiz uşaqlara mənzil verilməsi məsələsi qaldırılacaq

Azərbaycan Milli Məclisində kimsəsiz uşaqlara mənzil verilməsi məsələsi qaldırılacaq
# 18 dekabr 2013 10:56 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda valideyn himayəsindən məhrum olan uşaqların uşaq evindən sonrakı taleyi ilə bağlı Milli Məclisdə məsələ qaldırılacaq.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Milli Məclisinin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib.

R. Aslanovanın sözlərinə görə, binaların tikintisi ilə məşğul olan sahibkarın üzərinə müəyyən məsuliyyət qoyulacaq: “Yəni dövlətin də dəstəyi ilə hər tikilən binada bir və ya iki mənzil valideyn himayəsindən məhrum olan uşaqlara verilsin. Məsələ qanunvericiliyin bütün tərəfləri nəzərə alınmaqla qaldırılacaq”.

Onun sözlərinə görə, bu, uşaq evindən sonra kimsəsiz qalan, arzuolunmaz tale yaşayan gənclərin sayının azaldılmasına xidmət edir: “Çünki onlar uşaq evində 18 yaşına qədər yaşayaraq oradan çıxandan sonra köməksiz qalır, küçə sakininə çevrilirlər ki, bu da arzuolunmaz hallara gətirib çıxarır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR