Gəncədə sərxoş sürücü yolda təmizlik aparan qadını vurub

Gəncədə sərxoş sürücü yolda təmizlik aparan qadını vurub
# 28 iyun 2014 21:41 (UTC +04:00)

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə hadisə iyunun 28-də saat 21 radələrində şəhərin Zülfi Haçıyev küçəsində baş verib. Gəncə şəhər sakini, 1978-ci il təvəllüdlü Docenko Davud İvanoviç idarə etdiyi “VAZ 2107” markalı avtomobillə idarəetməni itirib və maşını yolun kənarında olan barıya çırpıb. Daha sonra avtomobil yolda təmizlik aparan, Gəncə şəhər Təmizlik İdarəsinin işçisi, 1948-ci il təvəllüdlü Humay Musayevanı vurub. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildirirlər.

Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə Docenko Davud İvanoviç avtomobili idarə edərkən sərxoş olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR