Təhsil naziri məktəbi bitirən məzunları təbrik edib

Təhsil naziri məktəbi bitirən məzunları təbrik edib
# 30 may 2014 16:31 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil naziri Mikayıl Cabbarov məktəbi bitirən və “Son zəngi” qeyd edən məzunları təbrik edib.

Bu barədə Təhsil Nazirliyindən APA-ya verilən məlumatda bildirilir.

“Biz sizə peşəkar mütəxəssislər, gələcəyimizi quran, yurdumuzu sevən və qoruyan insanlar kimi baxırıq. Dövlətimizin möhkəm inkişaf təməli sizi, bizi və bütövlükdə hamımızı sabaha ümidli, gələcəyə inamlı edir. Bizi həyatda bir çox dəyərlər birləşdirir. Sizin həyatınızın yeni üfüqlər astanasında mükəmməl təhsil, peşəkar olmağı öyrənmək, yaradıcı düşüncə sahibi olmaq arzusu həm bizi ruhlandırır, həm də gələcək haqqında təsdiq formasında fikir yürütməyə imkan verir. Biz sabaha sizin addımlarınızla gedirik, sizin baxışlarınızla baxırıq. Bizim peşə təhsili müəssisələrimizdə, ali və ya orta ixtisas təhsili almaq istəyirsinizsə, müvafiq təhsil müəssisələrimizdə görüşənədək”, - deyə nazirin təbrikində qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR