AMEA Gənc Alim və Mütəxəssislər Şurasının tərkibi müəyyənləşib

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının tərkibi müəyyənləşib
# 17 yanvar 2014 14:05 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirilib.

APA-nın xəbərinə görə, iclasda çıxış edən AMEA prezidenti Akif Əlizadə bildirib ki, bu gün ölkədə gənc alimlərə böyük diqqət və qayğı göstərilir: “Onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür və onların nəticələrini gənc alimlər yaxın zamanlarda görə biləcəklər. Bu gün akademiyada gənclər və işləmək istəyənlər üçün işlər çoxdur. İnanıram ki, Gənc Alim və Mütəxəssislər Şurası da gənc alimləri öz ətrafında toplayaraq, elm sahəsində mühüm nailiyyətlərin əldə edilməsinə öz töhfələrini verəcəklər”.

Tədbirin davamında Gənc Alim və Mütəxəssislər Şurasının idarə heyətinin üzvləri seçilib, sədr və sədr müavinləri müəyyənləşdirilib. İclasda idarə heyətinə 19 nəfər üzv seçilib ki, onlar da AMEA-nın ayrı-ayrı institutlarında yeni yaradılan Gənc alim və Mütəxəssislər Şurasının sədrləridir.

Bundan əlavə, iclasda Gənc Alim və Mütəxəssislər Şurasının sədr və sədr müavinləri təyin edilib. Belə ki, şuranın sədri vəzifəsinə Radiasiya Problemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famil Salmanov seçilib. onun müavinləri isə Riyaziyyat və Mexanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, riyaziyyat üzrə fəlsəfə doktoru Famil Seyfullayev və Nizami adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Eşqanə Babayeva təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR