Bakıda “PCT sistemi və əlaqəli məlumat, texnologiya və avadanlıqlar” mövzusunda seminar keçirilir - FOTO

Bakıda “PCT sistemi və əlaqəli məlumat, texnologiya və avadanlıqlar” mövzusunda seminar keçirilir - <span style="color: red;">FOTO
# 04 iyun 2014 10:50 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Bu gün Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə təşkilatçılığı ilə “PCT sistemi və əlaqəli məlumat, texnologiya və avadanlıqlar” mövzusunda iki günlük seminar başlayıb.

APA-Economics”in xəbərinə görə, seminarda çıxış edən komitənin aparat rəhbərinin müavini Elçin Quliyev dünya ölkələrinin iqtisadi, elmi-texniki, ekoloji, ticarət əlaqələrinin yaradılmasında və inkişafında patent sistemlərinin özünəməxsus rol oynadığını vurğulayaraq seminarın hazırkı dövr üçün aktuallığını iştirakçıların diqqətinə çatdırıb. Onun sözlərinə görə, son zamanlar ÜƏMT ilə birgə keçirdiyi tədbirlər müntəzəm xarakter alıb.

Seminar çərçivəsində iyun ayının 5-də isə Tomas Likarevskinin Azərbaycan Dövlət İqtisad Universitetində “ÜƏMT-nin Texnologiya və İnnovasiyaya Dəstək Mərkəzləri (TİDM)”, “Axtarış vasitələri və strategiyaları” və “Beynəlxalq Patent Təsnifatı (BPT)” haqqında məruzələri planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR