“Bank Respublika” aktivlərini artırıb

“Bank Respublika” aktivlərini artırıb
# 07 may 2014 13:22 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Bank Respublika”nın aktivlərinin həcmi 2014-cü ilin I rübündə 487,727 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 0,8% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 22,4% artaraq 294,214 mln. manat olub.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 55% azalaraq 2,932 mln. manat olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 1,9% artaraq 319,739 mln. manata, əhalinin əmanətlərinin həcmi isə, 128,46 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 2,9% azdır.

Bir il ərzində bankın məcmu kapitalı 8,3% artaraq 65,7 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 37,461 mln. manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 30,4% artaraq 16,273 mln. manat, xərcləri isə 53,4% artaraq 12,239 mln. manata çatıb.

Cari ilin ilk üç ayı ərzində bankın əldə etdiyi mənfəət 4,034 mln. manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 32 filialı, 787 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR