Azərbaycanın pərakəndə əmtəə dövriyyəsi 9% artıb

Azərbaycanın pərakəndə əmtəə dövriyyəsi 9% artıb
# 13 may 2014 10:42 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycanın pərakəndə ticarət subyektlərində istehlakçılara 6,6 mlrd. manatlıq və ya 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,1% çox əmtəə satılıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehlak mallarının 3,4 mlrd. manatını qida məhsulları, içkilər və tütün məmulatları, 3,2 mlrd. manatını qeyri-ərzaq malları təşkil edib. Qeyri-ərzaq məhsullarının ümumi pərakəndə ticarət dövriyyəsində xüsusi çəkisi 3,9% bəndi artıb.

Bu ilin 4 ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-aprel aylarına nisbətən 25,5% artaraq 901,4 min manat təşkil edib. Əhali onlayn rejimi vasitəsi ilə sifariş verdikləri istehlak mallarının 80,5%-ni hüquqi, 19,5%-ni fiziki şəxslərin ticarət şəbəkələrindən alıb.

Elektron ticarət dövriyyəsinin 91,1%-ni qeyri-ərzaq malları təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR