Ağstafa-Qazax yolunda buzlanma nəqliyyatın hərəkətinə problem yaradıb

Ağstafa-Qazax yolunda buzlanma nəqliyyatın hərəkətinə problem yaradıb
# 03 fevral 2014 07:20 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Azərbaycanın avtomobil yollarında vəziyyət ümumən normaldır. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, ötən gecə Ağstafa-Qazax istiqamətində yağan intensiv qar nəticəsində asfalt örtüyü buz bağlayıb. Hazırda müvafiq qurumlar yolun buzdan təmizlənməsi istiqamətində iş aparır.

Qeyd edilən yoldan əlavə, ölkədə digər avtomobil yolları nəqliyyatın hərəkətinə tam açıqdır. İdarədən bildirilib ki, yollarda vəziyyətin normal olmasına baxmayaraq, sürücülər tam diqqətli olmalı, mövsümi şinlərdən istifadə etməli, əyləc sistemindən maksimum az istifadə etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR