Qusar rayonunda yanğın olub

Qusar rayonunda yanğın olub
# 28 avqust 2013 03:41 (UTC +04:00)

Bakı-APA. Qusar rayonunda ötən gün axşam saatlarında yanğın qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Aşağı Ləgər kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan talvarda baş verib. Nəticədə talvarın yanar konstruksiyaları 50 kv.m sahədə və talvarın üstünə yığılmış 15 ton ot bağlaması yanıb. Talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR