«Azər-Türk Bank» kredit kampaniyası keçirir

«Azər-Türk Bank» kredit kampaniyası keçirir
# 03 mart 2014 13:55 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «Azər-Türk Bank» ASC Novruz Bayramı münasibətilə çərşənbə axşamları olan martın 4, 11 və 18-də kredit üçün banka müraciət edən müştərilərə özəl kampaniya çərçivəsində güzəştlər təqdim edəcək. Bankdan «APA-Economics»ə verilən məlumata görə, kampaniyanın şərtlərinə əsasən, 2 il və 3 min manat məbləğinə qədər kredit üçün müraciət edən şəxslər komissiyasız «İstehlak» və «Yenidən maliyyələşdirmə» (Refinans) kreditlərindən istifadə edə biləcəklər.

Qeyd edək ki, «Azər-Türk Bank» 18%-dən başlayaraq «İstehlak» və digər banklarda mövcud borclarını ödəmək məqsədilə 16%-dƏn başlayaraq «Yenidən maliyyələşdirmə» (Refinans) kreditləri təklif edir.

Bütün mobil rabitə operatorları və şəhər nömrələrindən (012) 945 nömrəsinə zəng edərək və yaxud www.azerturkbank.biz elektron səhifəsindən ətraflı məlumat əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR