TQDK sədri Qaxda vətəndaşları qəbul edib

TQDK sədri Qaxda vətəndaşları qəbul edib
# 23 iyun 2014 13:21 (UTC +04:00)

Qax. Vüqar Heydərov - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün Qax şəhərində vətəndaşları qəbul edib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, qəbulda Qax, Zaqatala, Balakən, Şəki, Oğuz və Qəbələ rayonlarından olan vətəndaşlar iştirak ediblər.

Vətəndaşlar tərəfindən TQDK sədrinə ünvanlanan müraciətlər əsasən regionlarda yaşayan müəllimlərin qəbul imtahanları materialların hazırlanması işində komissiya ilə sıx əməkdaşlığa cəlb olunması, ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun aparılması, gənclərin xarici ölkələrdə təhsil alma imkanları, xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul və digər məsələlərlə bağlı olub. Ünvanlanan müraciətlərin bəziləri yerindəcə həll olunub, bir sıra məsələlərin araşdırılaraq operativ surətdə həlli üçün konkret tapşırıqlar verilib. Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlər isə qeydiyyata alınaraq aidiyyəti üzrə müvafiq orqanlara çatdırılması üçün göstəriş verilib.

Görüşlə bağlı jurnalistlərə açıqlama verən M.Abbaszadə qəbula gələnlərin böyük əksəriyyətinin məktəb müəllimləri olduğunu bildirib: “Qəbulda iştirak edənlər müxtəlif fənn müəllimləri idi. Onlar sınaq imtahanlarının rayonlarda daha çox keçirilməsi təklifini səsləndirdilər. Həmçinin bəzi dərsliklərdə olan problemlərlə bağlı öz təkliflərini verdilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR