“Qarabağ”ın yeni transferi: “Çempionlar Liqasına yaxşı hazırlaşmaq lazımdır”

“Qarabağ”ın yeni transferi: “Çempionlar Liqasına yaxşı hazırlaşmaq lazımdır”
# 30 may 2014 14:34 (UTC +04:00)

Bakı – APA. “Çempion komandaya gəlmişəm. Üstəlik, bu titulu qazandıqdan sonra komandanın ilk transferiyəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan çempionu “Qarabağ”ın yeni transferi Danilo Dias deyib.

Braziliyalı hücumçu yeni komandası ilə 2 illik müqaviləyə qol çəkdikdən sonra “Maritimo”nu Ağdam təmsilçisinə dəyişməsinin səbəbini açıqlayıb: “Təbii ki, bura uğur qazanmağa gəlmişəm. Bunun üçün hər şeyi edəcəm. Komandanın 1 parçası olmaq çox vacibdir. Çünki uğurları ayrı fərdlər deyil, komanda şəklində qazanmaq olar”.

Dias klubun rəsmi saytına bildirib ki, “Qarabağ”da həmvətənlərinin olması onun üçün müsbət amildir: “Bilirəm ki, komandada mənə qədər 3 braziliyalı var. Həmvətənlərimin olması əlbəttə ki, adaptasiya baxımından üstünlükdür. Qarşıdan Çempionlar Liqası gəlir. Bu turnirə yaxşı hazırlaşmaq lazımdır. Azarkeşlərimizə sözüm odu ki, onlar sona qədər meydanda “Qarabağ” üçün döyüşən futbolçu görəcəklər”.

Qeyd edək ki, Dias “Qarabağ”da 11 nömrəli formanı geyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR