Zəlzələ zamanı Kürdəmirdə məcburi köçkünlərin yaşadığı iki yaşayış binası qəzalı vəziyyətə düşüb - FOTOSESSİYA - VİDEO

Zəlzələ zamanı Kürdəmirdə məcburi köçkünlərin yaşadığı iki yaşayış binası qəzalı vəziyyətə düşüb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 10 fevral 2014 17:54 (UTC +04:00)

APA-nın məlumatına görə yer titrəyişi nəticəsində Kürdəmir rayon Peşə Liseyinin iki beşmərtəbəli yataqxanası qəzalı vəziyyətə düşüb. Köhnə və uzun illər təmir edilməyən binalar zəlzələdən sonra yaşayış üçün daha da təhlükəli olub.

Beş rayondan 170 məcburi köçkün ailəsinin yaşadığı bu binaların divarlarında çatlar əmələ gəlib. Binalara rayon fövqəladə hallar komissiyasının və Kürdəmir rayon İcra Hakimiyyətinin qaçqınların və məcburi köçkünlərin işləri üzrə şöbəsinin nümayəndələri baxış keçiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR