«Standard & Poor's» və «Fitch Ratings» agentlikləri «Paşa Bank»ın reytinqlərini təsdiq edib

«Standard & Poor
# 27 dekabr 2013 08:22 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «Standard & Poor's» və «Fitch Ratings» beynəlxalq reytinq agentlikləri Azərbaycanın «Paşa Bank» ASC-nin reytinqlərini təsdiq edib.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, «Fitch Ratings» Bankın emitentin uzunmüddətli defoltu reytinqini (EDR) «B+» səviyyəsində, qısamüddətli EDR-i – «B» səviyyəsində təsdiq edib, reytinqin dəyişmə proqnozunu isə «sabit» kimi qiymətləndirib.

Öz növbəsində «Standard & Poor's» agentliyi «Paşa Bank»ın uzunmüddətli EDR-ni «BB–» səviyyəsində, qısamüddətli EDR-i «B» səviyyəsində təsdiqləyib, reytinqin dəyişmə proqnozunu isə «sabit» kimi qiymətləndirib.

«Paşa Bank»ın İdarə Heyətinin üzvü, investisiyalar üzrə baş direktoru Taleh Kazımovun sözlərinə görə, Bankın reytinqinin aparıcı reytinq agentlikləri tərəfindən təsdiqlənməsi «Paşa Bank»ın düzgün istiqamətdə hərəkət etdiyini göstərir. O qeyd edib ki, banka verilən reytinqlər düzgün biznes-mövqeyi, mülayim risk durumunu və bankın likvidliyinin adekvat göstəricilərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR