Azərbaycanın xarici işlər naziri Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin görüşündə çıxış edib - FOTO

Azərbaycanın xarici işlər naziri Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin görüşündə çıxış edib - <span style="color: red;">FOTO
# 28 sentyabr 2013 11:40 (UTC +04:00)

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə çıxış edən Elmar Məmmədyarov BMT-dən sonra dünya dövlətlərinin ikinci ən böyük birliyi olan QH-nin siyasi məsləhətləşmələr və praktiki əməkdaşlıq üçün geniş forum rolunu oynadığını bildirib.

Soyuq müharibə başa çatdıqdan sonra QH-nin rolunun azalması barəsindəki fikirlərin əksinə olaraq, QH-nin bu gün iyirmi birinci əsrə xas olan təhdidlərin qarşısının alınmasında səmərəli fəaliyyət göstərdiyini deyən nazir Elmar Məmmədyarov, QH-nin əsas məqsəd və məramının beynəlxalq münasibətlərdə ədalət və bərabərliyin və beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin təmin olunması olduğunu vurğulayıb.

Nazir Elmar Məmmədyarov Azərbaycanın QH-nin üzv dövləti kimi beynəlxalq hüquq və qanunun aliliyinə əsaslanan beynəlxalq düzənin tərəfdarı olduğunu qeyd edərək deyib: “Son illərdə milli və beynəlxalq səviyyələrdə qanunun aliliyinin əhəmiyyətinə verilən beynəlxalq diqqət artıb. Amma qanunun aliliyinə münasibətdə vahid yanaşmanın təmin edilməsi, beynəlxalq düzənin əsasını sarsıdan hədə və təhdidlərin və dövlətlərin milli birliyi, ərazi bütövlüyü və sabitliyinə təhlükə doğuran və insan hüquqlarına hörmətsizlik yaradan amillərin aradan qaldırılması üçün daha böyük səylərə ehtiyac var”.

Nazir Elmar Məmmədyarov münaqişə tərəflərinin beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərinin yerinə yetirməsinin mütləq əhəmiyyət kəsb etdiyini qeyd edərək əlavə edib ki, münaqişələrin həlli üzrə təşəbbüslər və vasitəçilik missiyaları sülh və ədalətə və beynəlxalq hüququn prinsiplərinə əsaslanmalıdır.

Azərbaycanın beynəlxalq səviyyədə qanunun aliliyinin təmin olunması üçün əməkdaşlığın canlandırılması naminə praktiki və konkret addımlar atmağa hazır olduğunu deyən nazir Elmar Məmmədyarov, QH-nin 16-cı Zirvə toplantısının Yekun sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına münasibətdə ifadə olunmuş qəti dəstəyə görə QH üzv dövlətlərinə təşəkkürünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR