Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Ağdamda olub - VİDEO

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Ağdamda olub - <span style="color: red;">VİDEO
# 06 iyun 2014 13:59 (UTC +04:00)

Ağdam. Teymur Zahidoğlu - APA. Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ağdam rayonunda səfərdə olub.

APA-nın Qarabağ bürosunun məlumatına görə, Ə. Həsənov rayonda məcburi köçkünlər üçün salınan qəsəbədə tikinti işləri və inşaat briqadalarının fəaliyyəti ilə maraqlanıb, tikintiyə məsul şəxslərlə görüşüb. O, problemlərin qısa zamanda aradan qaldırılmasına göstəriş verib.

Xatırladaq ki, Ağdam rayonu ərazisində məcburi köçkünlər üçün 632 evdən, 440 yerlik orta məktəbdən, 50 yerlik uşaq bağçasından, içərisində futbol meydançası olan 3 hektarlıq parkdan, inzibati binalar və digər infrastrukturlardan ibarət yeni yaşayış massivi inşa olunur. Yeni qəsəbənin tikintisi üçün rayon ərazisindən 50 hektara yaxın torpaq sahəsi ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR