“APA Holding” əməkdaşının evinin qarət edilməsi faktı ilə bağlı cinayət işi başlanıb

“APA Holding” əməkdaşının evinin qarət edilməsi faktı ilə bağlı cinayət işi başlanıb
# 04 oktyabr 2013 08:27 (UTC +04:00)

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Ü. Qasımovanın yaşadığı mənzilin qarət edilməsi faktı ilə bağlı idarənin istintaq bölməsində Cinayət Məcəlləsinin 177.2.3 (yaşayış sahəsinə , habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olma), 177.2.4 (xeyli miqdarda ziyan vurmaqla oğurluq törətmə) maddələri ilə cinayət işi açılıb.

Polisdən həmçinin bildirilib ki, hazırda oğurluq hadisəsi törədən şəxsin (şəxslərin) tapılması istiqamətində iş aparılır.

Qeyd edək ki, Ü.Qasımovanın yaşadığı, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 63, mənzil 143 ünvanında yerləşən evdə sentyabrın 21-dən 29-dək heç kim olmayıb. Evdə heç kimin olmamasından istifadə edən naməlum şəxslər mənzilə daxil olaraq 2400 ABŞ dolları, 200 avro, 3100 manat və qızıl-zinət əşyaları oğurlayıblar.


Zərərçəkən hadisə ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verdiklərini və hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi tərəfindən araşdırmalara başlandığını qeyd edib.


Hadisə yerinə baxış keçirən polis əməkdaşları zəruri ekspertizaların həyata keçirilməsi üçün bəzi nümunələr götürüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR