Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib - YENİLƏNİB - FOTO - VİDEO

Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 15 iyun 2014 16:04 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçki keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu gün azərbaycanlıların kompkt yaşadığı Marneuli rayonunda da 86 seçki məntəqəsində seçki keçirilib. Marneuli bölgəsində 86.584 seçici var.

Bu seçki üçün azərbaycanlı və erməni dilli Gürcüstan vətəndaşları üçün 750 min bülleten hazırlanıb.

Marneulidəki 22 saylı dairə seçki komissiyasının sədri Koba Asanidze APA-ya açıqlamasında deyib ki, Marneulidə seçkilərdə 9 partiya iştirak edir: “Müxtəlif partiyalardan olan 6 namizəd yerli özünüidarəetmə qurumunun rəhbərliyi uğrunda mübarizə aparır. Namizədlərdən 3 nəfəri azərbaycanlı, 2 nəfəri gürcü və bir nəfəri isə yunan əsillidir”.

Komissiya sədri seçki məntəqələrində ciddi qanun pozuntusu qeydə alınmadığını, lakin bəzi nöqsanlar barədə məlumat aldıqlarını bildirib.

APA-nın Gürcüstan müxbiri bəzi seçki məntəqələrinə də baş çəkib. Marenulidə seçicilərin aktivliyi müşahidə olunmayıb.

Qeyd edək ki, Gürcüstanda seçkini 30-dan çox xarici təşkilatlardan olan 560 beynəlxalq və 16 min yerli müşahidəçi izləyir. Seçki məntəqlərində yerli təşkilatlardan “Çoxmillətli Gürcüstan” təşkilatının və beynəlxalq müşahidəçilərin fəallığı nəzərə çarpır.

Qeyd edək ki, Gürcüstanda seçkilərdə 3 429 748 seçicinin iştirak edəcəyi gözlənilir. MSK-dan verilən məlumata görə, seçkiləri işıqlandırmaq üçün 1500 KİV nümayəndəsi akkreditasiya olunub.

12:53

Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilir.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan prezidenti Georgi Marqvelaşvili Tiflisdəki 6 nömrəli seçki məntəqəsində səs verib.

Prezident jurnalistlərə açıqlamasında qələbəyə və demokratiyaya səs verdiyini bildirib: “Bu gün demokratiyanın qələbəsi günüdür. Mən Gürcüstan əhalisini bu gün münasibətilə təbrik edirəm. Bu gün ölkəmizdə demokratik seçki keçirilməsi baxımından vacib gündür. Əmin olun ki, siyasət sizə xidmət edəcək. Buna görə də hamını seçkilərdə fəal iştirak etməyə dəvət edir, ilk demokratik seçim etməyə çağırır, qələbə arzulayıram”.

Dövlət başçısı seçiciləri aktivliyə, siyasi qüvvələri isə sakit və təmkinli olmağa çağırıb.

Qeyd edək ki, Gürcüstanda 3 429 748 seçici var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR