Tiflis Universitetində “Azərbaycan tarixi” tədris olunur - FOTO

Tiflis Universitetində “Azərbaycan tarixi” tədris olunur - <span style="color: red;">FOTO
# 21 noyabr 2013 10:54 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetində “Azərbaycan tarixi” tədris olunur. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə APA-ya universitetin nəzdində fəaliyyət göstərən Qafqazşünaslıq İnstitutunun direktoru, professor Tsira Baramidze məlumat verib.

T. Baramidze xatırladıb ki, ali məktəbdə azərbaycanlı tələbələr təhsil alır, bu il 7 azərbaycanlı tələbə qəbul olub: “İnstitutumuzda mənim rəhbərliyimlə “Azərbaycanşünaslıq” proqramı əsasında bu fənn tədris edilir. Keçən il tələbələrimiz “Azərbaycanşünaslıq” və “Qafqazşünaslıq” ixtisasları üzrə ixtisaslara yiyələniblər. İnstitutda xüsusi proqram üzrə hər semestrdə 6 fəndən dərs deyilir. Bütün fənlərin tədrisini öz mütəxəssislərimiz aparır. İnstitutda Azərbaycan tarixi və mədəniyyəti, Azərbaycan dili, Müasir Azərbaycan, Azərbaycan folkloru, Azərbaycan ədəbiyyatı tarixi, Alban tarixinin və yazısının strukturu kimi fənnlər də tədris olunur, dillər öyrədilir. Albanşünaslığa xüsusi əhəmiyyət veririk. İnstitutumuzun məzunları olan mütəxəssislər Qafqazda olan bütün dilləri bilməlidir. Azərbaycanlılar Şimalı Qafqazda, Şimal-Şərq regionunda kompakt yaşadıqları üçün Azərbaycan dili çox yayılıb və biz bu dili öyrətmək məqsədi ilə bu proqramdan səmərəli istifadə edirik. Gürcü dilli tələbələrimiz gürcü dili ilə paralel olaraq Azərbaycan dilini və onun tarixini də öyrənirlər”.

T. Baramidze Tiflis Dövlət Universitetinin Bakı Dövlət Universiteti ilə əməkdaşlıq etdiyini də söyləyib: “Bu təhsil müəssisəsindən bizə tələbələr göndərilir və onlar müxtəlif ixtisaslar üzrə Qafqazşünaslıq İnstitutunda təhsil alırlar. Mən 2007-ci ildə rektorumuzla birgə Bakıda bizim proqramın təqdimatını keçirmişik. BDU rektoru həmişə bizə dərsliklər, Azərbaycanşünaslığa aid kitablar göndərir. Bu, bizə gürcü tələbələrinə Azərbaycan haqqında geniş söz demək imkanı verir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR