Yenikənd su anbarında batma təhlükəsi ilə üzləşmiş 3 nəfər xilas olunub

Yenikənd su anbarında batma təhlükəsi ilə üzləşmiş 3 nəfər xilas olunub
# 09 avqust 2013 00:28 (UTC +04:00)

Bakı-APA. Yenikənd su anbarında batma təhlükəsi ilə üzləşmiş 3 nəfər xilas olunub. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, su anbarının mühafizə olunmayan hissəsində çimərkən 3 nəfər batmaq təhlükəsi ilə üzləşib. Vətəndaşlar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin ərazidə xidmət aparan mühafizəçiləri tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR