Xəzərin hüquqi statusu haqqında Konvensiyanın razılaşdırılması üzrə xüsusi işçi qrupunun növbəti iclası Moskvada keçiriləcək

Xəzərin hüquqi statusu haqqında Konvensiyanın razılaşdırılması üzrə xüsusi işçi qrupunun növbəti iclası Moskvada keçiriləcək
# 12 iyun 2014 13:38 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Xəzər dənizinin hüquqi statusu ilə bağlı konvensiyanın razılaşdırılması üzrə sahilyanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun növbəti, 38-ci iclası Moskvada keçiriləcək.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran xarici işlər nazirinin Asiya və Okeaniya regionu üzrə müavini İbrahim Rəhimpur jurnalistlərə açıqlamasında bildirib.

Ancaq İran prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi toplantının nə vaxt keçiriləcəyini açıqlamayıb: “Növbəti yığıncaq tezliklə Moskvada keçiriləcək”.

Qeyd edək ki, iyunun 11-12-də İranın Ramsər şəhərində Xəzər dənizinin hüquqi statusu ilə bağlı konvensiyanın razılaşdırılması üzrə sahilyanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun 37-ci iclası keçirilib. Yığıncaqda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR