«Atəşgah» sığorta şirkəti şəxsi biznesini qurmaq istəyənləri əməkdaşlığa dəvət edir

«Atəşgah» sığorta şirkəti şəxsi biznesini qurmaq istəyənləri əməkdaşlığa dəvət edir
# 13 sentyabr 2013 08:00 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «Atəşgah» sığorta şirkəti şəxsi biznesini qurmaq istəyən sahibkarları və sığorta agentlərini yeni «Françayzinq» – Agentlik layihəsinin təqdimatına dəvət edir. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, təqdimat sentyabrın 21-də şirkətin baş ofisində keçiriləcək (Nəsib bəy Yusifbəyli küç.,75B).

«Françayzınq» layihəsində iştirak edən hər bir kəs heç bir əlavə vəsait tələb olunmadan «Atəşgah» şirkətinin köməyi ilə öz sığorta agentliyini yarada bilər. Layihə çərçivəsində şirkət tərəfindən maraqlananlara məsləhət və treninqlər, lazımi avadanlıq və ciddi hesabat blankları ilə təchizat, xüsusi ayrılmış kurator dəstəyi ilə iş təklif olunur. Tədbirdə iştirak üçün qeydiyyatdan keçmək mütləqdir (əlaqə tel: (012) 940).

Qeyd edək ki, «Atəşgah» şirkəti 1996-cı ilin sonunda təsis edilib. «Atəşgah» sığorta qrupuna «Atəşgah», «Atəşgah Həyat» və «Atəşgah» Sığorta Agentliyi daxildir. Ötən ilin nəticələrinə görə, qrupun sığorta haqları 53,5 mln. manat, ödənişləri isə 13,2 mln. manat təşkil edib. «Atəşgah» 20-dən çox sığorta növü üzrə xidmət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR