Gəncədə aptekdən pul oğurlanıb - VİDEO

Gəncədə aptekdən pul oğurlanıb - <span style="color: red;">VİDEO
# 02 oktyabr 2013 15:48 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncənin mərkəzində yerləşən aptek yarılıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin Atatürk prospektində, 259 saylı binanın birinci mərtəbəsində yerləşən 95 saylı aptekdən oğurluq edilib.

Aptekin müdiri Səyyaf Məmmədov bildirib ki, aptekdə işçilərin əmək haqları və dərman alışı üçün ayrılan 4 600 manat nəğd pul aparılıb. Hadisə yerinə Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməkdaşları gəliblər və cinayətkarın axtarışına başlanılıb.

Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə oğurluğu törədən şəxs yetkinlik yaşına çatmayan, 1996-cı il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin 127.1 (qəsdən sağlamlığa zərər vurma) və 221-ci (xuliqanlıq) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilən A.Quliyevdir.

A.Quliyev təxminən 15 gün öncə aptekin yaxınlığında yerləşən ərzaq mağazasından da oğurluq edərək, oradan 600 manat nəğd pul və 200 manat dəyərində müxtəlif markalı siqaretlər aparıb. Yetkinlik yaşına çatmadığı üçün o vaxt azadlığa buraxılan 17 yaşlı A.Quliyev saxlanılıb. Ona hansı cəzanın veriləcəyi məhkəmənin qərarından sonra məlum olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR