Fizuli Ələkbərov Mingəçevirdə vətəndaşları qəbul edəcək

Fizuli Ələkbərov Mingəçevirdə vətəndaşları qəbul edəcək
# 17 oktyabr 2013 08:02 (UTC +04:00)

Bakı-APA. Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov oktyabrın 18-də Mingəçevir şəhərində vətəndaşları qəbul edəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların (Mingəçevir, Gəncə, Ağdam, Bərdə, Ağcabədi, Tərtər, Füzuli, Goranboy, Naftalan) 70 nəfərdən artıq sakininin «Açıq qapı» şəraitində müraciətləri dinləniləcək. Bu müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq əməkdaşlarının iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılaraq, müvafiq tədbirlər görüləcək. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınacaq.

Qəbulda həmçinin aktiv sosial müdafiə tədbirlərinə, o cümlədən «Özündəstək» proqramına cəlb olunmaq üçün müvafiq potensiallara malik olan aztəminatlı ailələr də müəyyən ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR