Azərbaycanda iki ayın əsgəri dünyasını dəyişib

Azərbaycanda iki ayın əsgəri dünyasını dəyişib
# 29 dekabr 2013 08:04 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə Daxili Qoşunların Sumqayıtda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 18 yaşlı Rəhman Tacik oğlu Mirməmmədov xidmətdə olarkən qəflətən səhhəti pisləşib. Təcilli yardım ilə xəstəxanaya aparılan əsgər yolda dünyasını dəyişib.

Əsgərin ölümünün səbəblərini müəyyənləşdirməkdən ötrü ekspertiza təyin edilib.

Daxili Qoşunların mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, R. Mirməmmədov bu ilin oktyabrında Şəmkir rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR