Zaqatalada yanğın baş verib

Zaqatalada yanğın baş verib
# 17 sentyabr 2013 17:03 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatalada yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın rayonun Dombabinə kəndində Ramazanov Mübariz Bahiddin oğlunun yaşadığı evin həyətyanı sahəsində tikilmiş, ümumi sahəsi 77 kv. m olan mal tövləsində baş verib.

Hadisə yerinə FHN-nin Zaqatala rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində Mübariz Ramazanova məxsus tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış 2 ton ot bağlaması yanaraq yararsız hala düşüb. Tövlədə baş verən yanğın genişlənərək ona bitişik tikilmiş, Mübariz Ramazanovun qonşusu Kamil Qardaşova məxsus ümumi sahəsi 21 kv. m olan tövlənin yanar konstruksiyaları və altına yığılmış 0,5 ton ot bağlaması yanıb.

Zaqatala rayon DYMH-nin əməkdaşlarının səyi nəticəsində yanğının daha da genişlənərək yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı ev sahiblərindən xəsarət alan olmayıb.

Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR