MDB PA müşahidəçisi: “Azərbaycanda seçki komissiyalarının işi ən yüksək standartlara uyğundur”

MDB PA müşahidəçisi: “Azərbaycanda seçki komissiyalarının işi ən yüksək standartlara uyğundur”
# 09 oktyabr 2013 13:11 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. “Azərbaycanda prezident seçkilərində seçki komissiyalarının işi ən yüksək standartlara uyğundur”. YAP-dan APA-ya verilən məlumata görə, bunu MDB Parlamentlərarası Assambleyasından (PA) olan beynəlxalq müşahidəçilər qrupunun əlaqələndiricisi Leonid Slutski deyib.

Onun sözlərinə görə, bu kampaniyada əvvəlki prezident və parlament seçkiləri ilə müqayisədə bir çox maraqlı yeniliklər var: "Hiss olunur ki, Azərbaycan Mərkəzi Seçki Komissiyası seçki sisteminin təkmilləşdirilməsi üzərində işləyib. Bu gün biz 4 seçki məntəqəsinin açılışında olmuşuq, seçki qutularının möhürlənməsini və bülletenlərin hazırlanmasını izlədik. Müxtəlif siyasi partiyaların müşahidəçiləri ilə söhbət etdik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR