Aqşin Mehdiyev: “Azərbaycan BMT Təhlükəsizlik Şurasında və Baş Assambleyasında islahatlar aparılması ideyasını dəstəkləyir”

Aqşin Mehdiyev: “Azərbaycan BMT Təhlükəsizlik Şurasında və Baş Assambleyasında islahatlar aparılması ideyasını dəstəkləyir”
# 03 oktyabr 2013 09:10 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev Nyu-Yorkda keçirdiyi mətbuat konfransında bildirib. Brifinq oktyabr ayında Azərbaycanın BMT Təhlükəsizlik Şurasında sədrliyinə həsr olunub.

A.Mehdiyev jurnalistlərin sualına cavabında BMT-də islahatlar aparılmasını dəstəklədiyini deyib: “Bu uzun prosesdir və bunun üçün edilməli olan işlərin siyahısı da uzundur. Ona görə də ən yaxşısı oktyabrın 29-da keçiriləcək debatları gözləməkdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR