Fransa şirkəti Bakı Metropoliteninin beş stansiyasını modernləşdirə bilər

Fransa şirkəti Bakı Metropoliteninin beş stansiyasını modernləşdirə bilər
# 01 fevral 2014 09:39 (UTC +04:00)

Bu barədə “APA-Economics”ə “Thales” (Fransa) şirkətinin Rusiya və MDB ölkələrində təhlükəsizlik və nəqliyyat sahəsində biznesin inkişafı üzrə direktoru Sergey Romanets məlumat verib.

Onun sözlərinə görə, şirkət sözügedən məsələ ilə bağlı Bakı Metropoliteni ilə fəal əməkdaşlıq edir: “Hazırda Azərbaycan bizim üçün vacib istiqamətdir. Bakı metrosu sürətlə inkişaf edir və metropoliten rəhbərliyi ən müasir texnologiyaların istifadəsində maraqlıdır”.

S.Romanets qeyd edib ki, Thales şirkəti beş stansiyada avadanlıqların modernləşdirilməsinin ilkin planlaşdırılmasını hazırlayıb və bu təklifi hal hazirda Bakı Metropoliteni tərəfindən nəzərdən keçirilir.

Qeyd edək ki, “Thales” şirkətinin dünyanın 65 ölkəsində nümayəndəliyi var. şirkət müdafiə və təhlükəsizlik, yerüstü və hava nəqliyyatı sahəsində texnologiya və avadanlıqlar təqdim edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR