Ucar rayonunun daha bir kəndinə təbii qaz verilib

Ucar rayonunun daha bir kəndinə təbii qaz verilib
# 11 sentyabr 2013 15:38 (UTC +04:00)

Ucar. Zahid Abışov – APA. Bu gün Ucar rayonunun daha bir kəndinə uzun illərdən sonra təbii qaz verilib.

APA-nın yerli bürosunun məlumatına görə, 19 illik fasilədən sonra rayonunun Qazyan kəndinə təbii qazın verilməsi ilə bağlı təşkil olunmuş tədbirdə Ucar rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov, yerli sakinlər və ARDNŞ-ın “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev də iştirak edib.

Tədbirdə çıxış edənlər kənd sakinlərini təbrik edərək qeyd ediblər ki, Ucar rayon mərkəzindən təxminən 10 kilometr məsafədə yerləşən Qazyan kəndinə 2 mənbədən - Ucar və Lək qaz paylayıcı stansiyalardan 46380 p/m daşıyıcı, 103620 p/m paylayıcı xətlər çəkilib. Birpilləli sistem əsasında 1298 evdə fərdi tənzimləyici və sayğac quraşdırılıb. Bununla da respublikanın ikinci ən böyük kənd yaşayış məntəqəsi olan Qazyanda çox mühüm sosial problemlərdən biri həll olunub.

Məlumat verilib ki, son 2 ildə Ucarda 8 kənd qazlaşdırılıb. Bununla da abonentlərin sayı 3098 nəfər artıb. Əlavə olaraq rayon mərkəzində müxtəlif küçələrdə yeni qaz xətləri çəkilib, istismar müddətin başa vuran borular əvəzlənib. Qanunsuz müdaxilələrin qarşısını almaq məqsədilə 1700 həyətdən qaz sayğacları küçələrə çıxarılıb. Cari ilin sonuna kimi Bağırbəyli kəndində 50, Qarabörk kəndində 320 abonent mavi yanacaqla təmin olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR