Azərbaycanın incəsənət xadimləri İordaniyada keçirilən festivalda iştirak ediblər

Azərbaycanın incəsənət xadimləri İordaniyada keçirilən festivalda iştirak ediblər
# 28 iyun 2014 16:54 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Azərbaycanın incəsənət xadimləri İordaniyada keçirilən “Jaraş” mədəniyyət və incəsənət festivalında iştirak ediblər.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən APA-ya verilən məlumata görə, Jaraşda hər il keçirilən ənənəvi beynəlxalq mədəniyyət və incəsənət festivalında Azərbaycanı incəsənət xadimləri - tanınmış xanəndə, xalq artisti Mələkxanım Əyyubova, tarzən, xalq artisti Möhlət Müslümov və kamança ifaçısı Elnur Salahov təmsil ediblər.

Festivala dünyanın 50-yə yaxın ölkəsindən mədəniyyət və incəsənət xadimləri qatılıblar.

Tədbirdə Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyov, Krallıqda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, Azərbaycan diasporunun və İordaniya ictimaiyyətinin nümayəndələri tamaşaçı qismində iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR