Ağdamda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib - VİDEO

Ağdamda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib - <span style="color: red;">VİDEO
# 07 aprel 2014 17:34 (UTC +04:00)

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Tərtərdə məskunlaşan məcburi köçkünlər, Ağdam rayonunun Paprəvənd kənd sakinləri 1991-ci il təvəllüdlü Məmmədov Səxavət Adıgözəl oğlu və 1995-ci ildə anadan olan Bayramlı Əziz Zöhrab oğlu, rayonun Xındırıstan kəndi ərazisində qəzaya düşüblər.

Onların olduğu 10 GX 046 nömrə nişanlı VAZ-2106 markalı minik maşını idarəetməni itirərək yol kənarında bir neçə ağaca çırpılıb. Nəticədə hər iki gənc ağır xəasrətlərlə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Hadisəyə yüksək sürətin səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aprılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR