«Bank of Baku» Sumqayıtda yeni filial açıb

«Bank of Baku» Sumqayıtda yeni filial açıb
# 26 avqust 2013 08:56 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC Sumqayıt şəhərində (I mikrorayon, N.Nərimanov küçəsi,49B) daha bir filial açıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, «Yeni Sumqayıt» adlı filial Bankın bu şəhərdə sayca ikinci filialıdır.

Filialda istehlak və biznes kreditlərini rəsmiləşdirmək, əmanət yerləşdirmək, pul köçürmək, kredit kartları əldə etmək və bir çox digər xidmət və məhsullardan faydalanmaq olar.

Filialın açılışı münasibətilə «Bank of Baku»nun baş direktoru Fərid Əlizadə bildirib ki, bank özünün filial şəbəkəsinin genişləndirilməsini yeni inkişaf strategiyası çərçivəsində həyata keçirir: «Sumqayıt şəhərində ikinci filialın açılışı barədə qərarı qəbul edərkən biz ilk növbədə çoxsaylı müştərilərimizin arzularını əsas tutmuşuq. Sahəsi 320 kv. metr olan yeni filialımız ən müasir texnologiyalarla təchiz edilib və bütün növ bank məhsul və xidmətləri təklif edir. Biz onlarla iş yerinin yaradılmasına verdiyimiz töhfədən qürur duyur və daha çox müştərinin dinamik inkişaf edən bankımızın xidmətlərindən faydalanacağından məmnunuq».

«Bank of Baku»nun «Yeni Sumqayıt» filialı həftənin I-VI günləri saat 09:00-dan 17:00-dək müştərilərin xidmətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR