Tiflisdə Qafqazşünasların III Konqresi keçirilir - FOTO

Tiflisdə Qafqazşünasların III Konqresi keçirilir  - <span style="color: red;">FOTO
# 23 oktyabr 2013 16:38 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Tiflisdəki İlya Çavçavadze adına Tiflis Dövlət Universitetində (TDU) Qafqazşünasların III Beynəlxalq Konqresi keçirilir.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, oktyabrın 26-dək davam edəcək tədbirdə 40 ölkədən elm adamları, alimlər iştirak edir. Tədbiri İ.Cavaxişvili adına TDU-nun rektoru, akademik Vladimir Papava açıb. Sonra Qafqazşünaslıq İnstitutunun direktoru Tsira Baramidze, Dağıstan Elmlər Akademiyasının Dilçilik İnstitutunun rəhbəri, professor Maqomed Maqomedov və Şimali Qafqaz ölkələrindən gələn alimlər çıxış ediblər.

Sabah tədbirdə Azərbaycandan gələn nümayəndə heyətinə daxil olan alimlər çıxış edəcəklər. Konqresdə Azərbaycanı AMEA-nın Tarix, Şərqşünaslıq, Arxeologiya və Etnoqrafiya institutlarının, Bakı Dövlət Universitetinin, Milli Araşdırmalar Assosiasiyasının, Valeh Hacılar adına Elmi Araşdırmalar Vəqfinin nümayəndələri təmsil edir.

Məlumata görə, konqresdə “Gürcüstan azərbaycanlılarının XIX əsrdə ictimai-siyasi həyatda rolu və sosial həyat tərzi” haqqında da məruzə oxunacaq.

Tədbirdə Türkiyə, Azərbaycan, Gürcüstan və Şimali Qafqaz ölkələrindən nümayəndələr iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR