Azərbaycan və Çeçenistan müharibə veteranları əməkdaşlıq müqaviləsi imzalayıb - FOTOSESSİYA - VİDEO

Azərbaycan və Çeçenistan müharibə veteranları əməkdaşlıq müqaviləsi imzalayıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 23 sentyabr 2013 11:21 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Bakıda Azərbaycan və Çeçenistan müharibə veteranları arasında görüş keçirilib. APA-nın məlumatına görə, görüş zamanı Rusiya Veteranlar Birliyinin Çeçenistan regional təşkilatının sədri Salamu Asuyev bildirib ki, çeçenistanlı veteranların Bakıya səfərin əsas məqsədi Azərbaycan tərəfi ilə dostluq və əməkdaşlıq müqaviləsinin imzalanmasıdır: “Əsas məqsəd postsovet məkanında yaşayan xalqların qonşuluq və qardaşlıq şəraitində yaşamasına əngəl olan ekstremizmə və onun təzahürlərinə qarşı mübarizə aparmaqdır".

Azərbaycan Müharibə Əlili və Veteranları İctimai Birliyinin sədri Fuad Rzayev isə bildirib ki, təşkilat Ermənistanın ətrafındakı bütün dövlətlərin veteran qurumları ilə sazişlər imzalayır: “Faktiki olaraq biz Ermənistan veteranları blokadaya salıb təkləyirik. Bizimlə müqavilə imzalayan veteranlar heç vaxt ermənilərlə saziş imzalamayacaqlar. Bu istiqamətdə işimizin 50 faizini yerinə yetirmişik. Oktyabrın 4-də Dağıstan, ondan sonra İnquşetiya veteranları ilə müqavilələr imzalanacaq. Ondan sonra Qafqaz Forumu keçirəcəyik və orda ermənilər təmsil olunmayacaq. Bu, gələcək müharibəyə bir növ hazırlıqdır".

Tədbirin sonunda Azərbaycan və Çeçenistan veteran qurumları arasında dostluq və əməkdaşlıq barədə müqavilənin imzalanma mərasimi keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR