Cenevrədə İranla ABŞ nümayəndə heyətləri arasında ikitərəfli görüş keçirilib

Cenevrədə İranla ABŞ nümayəndə heyətləri arasında ikitərəfli görüş keçirilib
# 21 noyabr 2013 08:02 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İran və ABŞ nümayəndə heyətləri arasında ikitərəfli görüş keçirilib.

APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, noyabrın 20-də İranın xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı və ABŞ dövlət katibinin müavini Vendi Şermanın rəhbərlik etdiyi nümayəndə heyətləri Cenevrə şəhərində bir araya gəlib. Görüşün detalları barədə məlumat verilməyib. Bu gün ikitərəfli görüşlər davam etdiriləcək.

Qeyd edək ki, noyabrın 20-də Cenevrədə İranla “altılıq” ölkələri arasında nüvə müzakirələri başlayıb, danışıqlar bu gün də davam etdiriləcək. Müzakirələr və ikitərəfli görüşlərdə əsasən tərəflər arasında yekun anlaşma mətninin razılaşdırılması üçün fikir mübadiləsi aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR