Xaçmazda 23 yaşlı gənc bıçaqlanıb

Xaçmazda 23 yaşlı gənc bıçaqlanıb
# 25 sentyabr 2013 09:03 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Bu gün gecə saatlarında Xaçmaz şəhərində bıçaqlanma hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhər sakini, 23 yaşlı Hacıbəyov Vüqar Mirzəli oğluna iki bıçaq zərbəsi vurulub. O, dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

V. Hacıbəyovun hansı şəraitdə və kimlər tərəfindən bıçaqlandığı hələlik məlum deyil. Xaçmaz Dəmir Yolu Xətt Polis Şöbəsindən verilən məlumata görə, hazırda hadisəni törədən şəxsin, yaxud şəxslərin müəyyən edilib saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR