Gəncədə Fərhat Göçərlə Aygün Kazımovanın birgə konserti olacaq

Gəncədə Fərhat Göçərlə Aygün Kazımovanın birgə konserti olacaq
# 28 dekabr 2013 10:53 (UTC +04:00)

Bakı-APA. Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə ilə Türkiyənin məşhur müğənnisi Fərhat Göçərin şəhərdə konserti olacaq.

Gəncə Şəhər İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, konsert sabah saat 17-də Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısında yerləşən Heydər Əliyev adına Meydanda təşkil olunacaq. Konsertdə 200 mindən çox insanın iştirak edəcəyi gözlənilir. Konsertdə türkiyəli müğənni ilə yanaşı, xalq artisti Aygün Kazımova da çıxış edəcək.

Qeyd edək ki, Fərhat Göçər may ayında Gəncədə Heydər Əliyevin 90 illiyi ilə bağlı təşkil olunan konsertdə də iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR