Vitali Kliçko: “Ukrayna vətəndaş müharibəsinin astanasındadır”

Vitali Kliçko: “Ukrayna vətəndaş müharibəsinin astanasındadır”
# 04 fevral 2014 08:46 (UTC +04:00)

APA-nın məlumatına görə, “Associated Press”ə müsahibəsində V.Kliçko Ukraynadakı vəziyyətin diktaturaya gətirib çıxaracağını istisna etməyib.

“Ölkəmizdə olan problemlər vətəndaş müharibəsinə gətirib çıxara bilər. Belə olan halda çoxlu sayda insan həlak olacaq. Biz Ukraynanı itirə bilərik, burada diktatura tətbiq olunacaq”, - deyə o vurğulayıb.

Bununla yanaşı V.Kliçko qeyd edib ki, ölkədə vəziyyət son dərəcə kritikdir və istənilən an dəyişə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR