Dövlət Dumasının komitə sədri: “Rusiya Suriya müxalifəti tərəfindən kimyəvi silah tətbiqinə dair dəlil-sübutları BMT-yə təqdim edib”

Dövlət Dumasının komitə sədri: “Rusiya Suriya müxalifəti tərəfindən kimyəvi silah tətbiqinə dair dəlil-sübutları BMT-yə təqdim edib”
# 11 sentyabr 2013 11:10 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiya Suriya müxalifəti tərəfindən kimyəvi silah tətbiqinə dair dəlil-sübutları BMT Təhlükəsizlik Şurasına təqdim edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Aleksey Puşkov deyib. O bildirib ki, Suriyada kimyəvi silah təkcə hökumətin əlində deyil, müxalifət də kimyəvi silahlara sahibdir: “Terrorçuların bu silahlardan bir neçə dəfə istifadə etdiklərinə dair şübhələr var”.

A. Puşkov Suriyada olan BMT insan haqları müşahidəçisi Karla Del Pontenin Hələb yaxınlığında bu ilin mart ayında silahlı döyüşçülərin kimyəvi silahdan istifadə etdiyinə dair bəyanatını xatırladıb: “Rəsmi Moskvanın Suriyada terrorçuların kimyəvi silahdan istifaddəsinə dair kifayət qədər sübutu var. Rusiya artıq bu sübutları BMT Təhlükəsizlik Şurasına təqdim edib”.

ABŞ-da müharibəni istəyənlərin aktiv olduğunu söyləyən A. Puşkov bildirib ki, Rusiyanın sülh təklifinə baxmayaraq, ABŞ-da hələ də Suriyaya hərbi müdaxilə etməyi istəyənlər var: “Onlar Suriyada Liviya ssenarisini həyata keçirmək istəyirlər. 60-90 gün ərzində hücumlar təşkil etmək... Rusiyanın sülh planını baltalamaq istəyirlər. Artıq proses başlayıb. Prezident Barak Obamanın beynəlxalq təhlükəsizlik müşaviri Rusiyanın sülh planından heç bir nəticə əldə olunmayacağını və ABŞ-ın hərbi müdaxiləyə hazır olmasının vacibliyini söyləyib”.

A. Puşkov Rusiyanın sülh təklifi ilə bağlı yeni təxribatlar olacağını da söyləyib: “Suriya münaqişəsində maraqlı olan mərkəzlər Rusiyanın sülh planını baltalamaq üçün çalışırlar. Ərəb ölkələrindəki bəzi qüvvələr Suriyaya hərbi müdaxiləni tək alternativ hesab edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR